Parisdə yaşayış binasında partlayış oldu, xəsarət alanlar var

6-08-2023, 11:04           
Parisdə yaşayış binasında partlayış oldu, xəsarət alanlar var
Parisin şimalında yaşayış binasında güclü partlayış baş verib, nəticədə azı 5 nəfər xəsarət alıb.

Teref.Az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Partlayış Parisin XVIII rayonunda beşmərtəbəli binanın dördüncü mərtəbəsindəki mənzildə yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 16:30) baş verib.

Binanın fasadının bir hissəsi uçub. Qəzetin yazdığına görə, mənzildə kiçik bir otel fəaliyyət göstərirmiş.

Yaralılardan birinin vəziyyəti ağır, digər dörd nəfərin vəziyyəti isə orta ağırdır. Partlayışın nəticələrinin aradan qaldırılması üçün hadisə yerinə 100 yanğınsöndürən cəlb olunub, ev sakinləri təxliyə edilib.

Hazırda hadisə yeri mühasirəyə alınıb, binanın uçma riski barədə məlumat verilmir. Partlayışın səbəbləri hələ müəyyən edilməyib \\Report.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru