Təl-Əvivin mərkəzində atışma: Ölən var

6-08-2023, 13:04           
Təl-Əvivin mərkəzində atışma:
Təl-Əvivin mərkəzində axşam saatlarında atışma baş verib.

Məlumata görə, insident zamanı bir nəfər ağır yaralanıb.

İsrail təcili yardım xidmətinin mətbuat xidmətindən bildirilib ki, yaralı 40 yaşlı kişi olub. O, təcili olaraq Təl-Əvivdəki xəstəxanaya aparılıb, lakin həkimlər zərərçəkənin həyatını xilas edə bilməyiblər.

Qeyd olunub ki, hadisə şəhərin tam mərkəzində, Montefiore küçəsində yaşanıb.
İsrail polisindən bildirilib ki, atəş açan şəxs artıq zərərsizləşdirilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru