Əcnəbi vətəndaş Gəncədə qəza törətdi – 2 nəfər öldü

6-08-2023, 11:19           
Əcnəbi vətəndaş Gəncədə qəza törətdi – 2 nəfər öldü
Özbəkistan vətəndaşı Tuhktaev Habibjon sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə avqustun 5-də Gəncə şəhəri Atatürk prospektində idarəetməni itirərək yolun sağ kənarında olan işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin – 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Nabibjon Tuhktaev və bir azyaşlı olmaqla iki nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Habibjon Tuhktaev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Gəncə şəhər BPİ-nin İTİ-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru