Yaponiyada güclü zəlzələ olub 7-08-2023, 07:48 Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələnin episentri 17800 nəfərin yaşadığı Nişinomote şəhərindən 37 kilometr şimal-şərqdə yerləşib.Zəlzələ ocağı yerin13 kilometr dərinliyində yerləşib.Tələfat və dağıntılar barədə məlumat yoxdur.Sunami təhlükəsi qeydə alınmayıb. Facebook-da paylaş