Ukrayna ordusu Krımla Xersonu birləşdirən körpünü vurdu - FOTO/VİDEO

7-08-2023, 07:49           
Ukrayna ordusu Krımla Xersonu birləşdirən körpünü vurdu - FOTO/VİDEO
Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krımla ölkənin Xerson vilayətini birləşdirən Çonqar körpüsünə raket zərbəsi endiriblər.

Məlumata görə, zərbə nəticəsində yolun hərəkət hissəsinin zədələnməsi qeydə alınıb.

Bildirilir ki, raketlərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Ölən və yaralananlar barədə məlumat verilmir.
Hücumun “Storm Shadow” raketləri ilə həyata keçirildiyi iddia edilir.



Mənbə: meduza.io












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru