Bakıda FETÖ işi ilə bağlı daha bir HƏBS QƏRARI

8-08-2023, 20:22           
Bakıda FETÖ işi ilə bağlı daha bir HƏBS QƏRARI
Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.

TEREF.AZ bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində davam edən cinayət işi üzrə istintaqa cəlb edilib.

15 gün əvvəl eyni maddə ilə- CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) Q. İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru