Krım körpüsündə daha 8 partlayış olub. Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi isə partlayışları təsdiqləyib.
"Kiyev "S-200 №raketi vasitəsi ilə Krım körpüsündə növbəti dəfə partlayış törətməyə cəhd edib. Ukrayna raketi Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək havada vurulub” – Rusiya MN-nin məlumatında qeyd olunur.
Hücum nəticəsində tələfatın olmadığı, Krım körpüsünün zədələnmədiyi bildirilib.
Qeyd edək ki, bu gün günorta saatlarında Krım körpüsü vurulub, körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Rusiya tərəfi raket hücumlarının hamısının qarşısının alındığını vurğulayır.
Kerch Bridge, traffic is stopped. Unclear what’s going on yet.