İsrail İranın elə bir hərbi kompleksini vurdu ki... - Video
5-03-2026, 10:38
İsrail ordusu İranın iri hərbi kompleksinə genişmiqyaslı zərbə endirib. Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. Qeyd olunub ki, kompleksdə İranın əsas güc strukturlarının, o cümlədən SEPAH, Kəşfiyyat İdarəsi, "Bəsicin", "Qüds qüvvələri", daxili təhlükəsizlik bölmələri və kiberqoşunların qərargahları yerləşib. Bundan başqa, orada daxili etirazların yatırılmasına və əhaliyə nəzarətə rəhbərlik edən bölmə fəaliyyət göstərib.