ABŞ-də DƏHŞƏTLİ partlayış baş verdi - VİDEO

29-05-2026, 11:37           
ABŞ-də DƏHŞƏTLİ partlayış baş verdi - VİDEO
Milyarder Ceff Bezosa məxsus kosmik şirkətin növbəti sınaq uçuşu qəza ilə nəticələnib. Hadisə ABŞ-ın Florida ştatında yerləşən poliqonda qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, İlon Maskın "SpaceX" şirkətinin əsas rəqiblərindən biri hesab olunan "Blue Origin" şirkətinə məxsus "New Glenn" ağır raketinin sınaqları uğursuzluqla başa çatıb. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, güclü partlayış birbaşa start meydançasında, sınaq testlərinin gedişatı zamanı baş verib.

"Amazon" şirkətinin təsisçisi Ceff Bezos uzun illərdir ki, rəhbərlik etdiyi "Blue Origin" vasitəsilə kosmik biznes sahəsində İlon Maskın fəaliyyətinə çatmağa və onu qabaqlamağa çalışır. Baş verən bu sonuncu partlayışın şirkətin gələcək kosmik proqramlarına və uçuş təqviminə necə təsir edəcəyi barədə hələlik rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru