ABŞ İŞİD-in paytaxtı uğrunda döyüşə qatıldı

6-06-2017, 23:33           

Suriyanın Rəqqa şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında ABŞ helikopterləri və dəniz piyadaları korpusunun birləşmələri iştirak edirlər.

“RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə Pentaqonun nümayəndəsi Ceff Devis bildirib. Onun sözlərinə görə, əməliyyatlarda əsasən “Apache” hücum helikopterləri iştirak edir.

Bundan əvvəl bildirilmişdi ki, Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr - red.) Rəqqa şəhərinə daxil olublar.

Suriya müxalifətinin dəstələri Rəqqaya şərq istiqamətindən daxil olublar.

Qeyd edək ki, Rəqqa 2013-cü ildən İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru