“Bayer Leverkuzen” yeni qoleador tapdı – 5illik müqavilə imzalandı

19-07-2024, 11:38           
“Bayer Leverkuzen” yeni qoleador tapdı – 5illik müqavilə imzalandı
“Bayer Leverkuzen” yeni transfer reallaşdırıb.

Fanat.az xəbər verir ki, Bundesliqanın qalibi mətbuat xidməti vasitəsilə Marten Teryenini transfer etdiyini açıqlayıb.

Futbolçu ilə müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.

Tərəflər 20-22 milyon avro məbləğində təzminat barədə razılığa gəliblər.

Terye daha əvvəl heç vaxt Liqa 1-dən kənarda oynamayıb. O, “Renn”in heyətində 121 matça çıxaraq 44 qol vurub və 17 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru