Sadio Mane "Beşiktaş"la danışıqlara razılıq verib

10-09-2024, 17:04           
Sadio Mane "Beşiktaş"la danışıqlara razılıq verib
"Ən-Nəsr" klubunun ulduz futbolçusu Sadio Mane "Beşiktaş"la danışıqlar üçün razılıq verib.

Oxu.Az xəbər verir ki, "Beşiktaş" klubun prezidenti Hasan Arat "Ən-Nəsr"in prezidenti Musalli Əl-Muammerdən transferə icazə verməsini istəyib.

Sadio Mane də müsəlman bir ölkədə çıxış etmək istədiyindən "Beşiktaş"la danışıqlara razılıq verib.

Qeyd edək ki, Sadio Mane bu mövsüm "Ən-Nəsr" forması ilə dörd görüşdə meydana çıxıb, iki məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru