Pro Liqa: Ronaldu möhtəşəm akrobatik qol vurdu, komandası qalib gəldi VİDEO
24-11-2025, 09:58
Səudiyyə Ərəbistanı Pro Liqasının 9-cu turunda lider "Ən-Nəsr" doğma azarkeşləri önündə "Əl-Xalic"i qəbul edib.
Oxu.Az xəbər verir ki, meydan sahibləri qonaqlardan üstün olublar.
Feliks (39), Uesli (42) Mane (77) və Ronaldunun (90+6) dəqiq zərbələri ər-Riyad təmsilçisinə qələbə qazandırıb. Qonaqların gücü isə ancaq təsəlli qoluna çatıb - 4:1.
Hazırda "Ən-Nəsr" 27 xalla turnir cədvəlinə başçılıq edir. Onun rəqibi isə 14 xalla 6-cıdır.