UEFA Çempionlar Liqası: "Çelsi" "Barselona"nın qapısından üç cavabsız top keçirdi VİDEO

26-11-2025, 10:28           
UEFA Çempionlar Liqası: "Çelsi" "Barselona"nın qapısından üç cavabsız top keçirdi  VİDEO
UEFA Çempionlar Liqasının liqa mərhələsində beşinci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, gecənin ən maraqlı qarşılaşmalarından biri Londonda baş tutub. "Çelsi" doğma "Stemford Bridc" arenasında "Barselona"nı qəbul edib.

27-ci dəqiqədə Kundenin avtoqolu sayəsində ingilislər hesabı açıblar. Bu azmış kimi, 44-cü dəqiqədə Arauxo meydandan qovulub və katalonlar azlıqda qalıblar.

Say üstünlüyündən yararlanan "zadəganlar" Estevao (55) və Depayın (74) qolları ilə fərqi artıraraq yekun hesabı müəyyən ediblər - 3:0.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Qalatasaray" - "Royal Union" 0:1; "Ayaks" - "Benfika" 0:2; "Budyo/Qlimt" - "Yuventus" 2:3; "Borussiya Dortmund" - "Vilyarreal" 4:0; "Mançester Siti" - "Bayer Leverkuzen" 0:2; "Marsel" - "Nyukasl Yunayted" 2:1; "Napoli" - "Qarabağ" 2:0; "Slaviya Praqa" - "Atletik Bilbao" 0:0.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]