İtaliya A Seriyası: Martinesin dublu "İnter"ə qələbə qazandırdı

1-12-2025, 00:12           
İtaliya A Seriyası: Martinesin dublu "İnter"ə qələbə qazandırdı
İtaliya A Seriyasında 13-cü turun oyunları keçirilir.

Moderator.az xəbər verir ki, "İnter" bu dəfə "Piza"nın qonağı olub.

Matçı 0:2 hesabı ilə qonaqlar qazanıblar. Görüşdə hər iki qolu Lautaro Martines (69, 83) vurub.

Bu oyundan sonra "Piza" 10 xalla turnir cədvəlində 18-ci, "İnter" isə 27 xalla ikinci yerdədir.

Növbəti turda "Piza" səfərdə "Parma" ilə, "İnter" isə evdə "Komo" ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru