“Qarabağ” – “Ayaks” oyununu yayımlayacaq kanal dəyişdi

7-12-2025, 00:08           
“Qarabağ” – “Ayaks” oyununu yayımlayacaq kanal dəyişdi
“Qarabağ” – “Ayaks” oyunu İctimai Televiziyada yayımlanacaq.

Referans Media xəbər verir ki, qurum bununla bağlı məlumat yayıb: “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur.

“Qarabağ” klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.

Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ” – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub”.

Qeyd edək ki, matçın “CBC Sport”da yayımlanması nəzərdə tutulmuşdu. Qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]