Britaniya mediası Tofiq Bəhramovu "Xilaskar" adlandırdı.
Bu gün, 12:44
Tofiq Bəhramov, 1966-cı il dünya çempionatının finalında İngiltərə və Almaniya arasında keçirilən oyunda verdiyi mübahisəli, lakin düzgün tarizi qərarla məşhurlaşmışdır. O, dünya futbol tarixində "Qızıl fit" mükafatına layiq görülən yeganə yan xətt hakimdir. Kraliça II Yelizaveta ona "Qızıl fit"lə yanaşı, Dünya Kubokunun surəti olan "Qızıl ilahə" mükafatını da şəxsən təqdim etmişdir. Dünya tarixində nadir hakimlərdən biri olan Tofiq Bəhramov idi ki, kraliça ilə şəxsən görüşüb və mükafatı onun əlindən alıb. Tofiq Bəhramovun şərəfinə İngiltərənin "Uembli" stadionunun yaxınlığında heykəl ucaldılmışdır. Britaniya mediası Tofiq Bəhramovu "Xilaskar" adlandırdı. Tofiq Bəhramovun ailəsi Qərbi Azərbaycanın Qafan adlanan şəhərindəndir. Amma özü Ağdamda anadan olub və orda böyüyüb. Özü də əvvəl futbolçu olub, lakin dizində zədəsinə görə hakim peşəsini seçib. Əfsanə Tofiq Bəhramovu sevgi ilə xatırlayırıq. Prof. Zaur Alıyev İstinad: @beyin_acari