Ronaldunun bacısının matçdan sonrakı qəribə paylaşımı diqqət çəkdi
Bu gün, 09:34

Kriştianu Ronaldunun bacısı Katia Aveyru sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, portuqaliyalı hücumçunun futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Özbəkistanla matçda geyindiyi forması ilə foto paylaşıb.
Katia Aveyru qardaşının mübarizəsini və əzmkarlığını vurğulayaraq, üzərində hələ də tər və ot ləkələri olan bu formanın futbolçunun futbola olan böyük sevgisini və döyüşçü ruhunu əks etdirdiyini bildirib.
Qeyd edək ki, qrup mərhələsinin ikinci turunda Portuqaliya yığması Özbəkistan komandasını 5-0 hesabı ilə darmadağın edib. Qarşılaşmanın ilk hissəsində Kriştianu Ronaldu iki qol vurub, digər qolun müəllifi isə Nunu Mendeş olub. İkinci hissədə Özbəkistan millisinin qapıçısı Abduvoxid Nematov topu öz qapısına göndərib, qarşılaşmada son nöqtəni isə Rafael Leau qoyub.
Bu qələbədən sonra K qrupunda xallarını dördə çatdıran Portuqaliya birinci pillədə qərarlaşıb. Özbəkistanın isə aktivində xal yoxdur. Qrupun digər komandaları Kolumbiya və Konqo Demokratik Respublikası növbəti oyunlarını keçirəcəklər. Oxşar mövzularda, bir müddət əvvəl superkompüter turnirin əsas favoritinin adını da açıqlamışdı.

