Perm şəhərindəki göldə iki kişinin cəsədi tapılıb

30-10-2023, 11:14           
Perm şəhərindəki göldə iki kişinin cəsədi tapılıb
Rusiyanın Perm şəhərində Motovilixa gölündə iki kişinin cəsədi tapılıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Mövcud məlumata görə, onların üzərində boğulma əlamətləri var. Ölənlərdən birinin 19, ikincinin isə 44 yaşı var.
“İki nəfərin ölümü ilə bağlı prosessual araşdırma aparılır. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir”, - deyə məlumatda qeyd olunur.

Mənbə: osnmedi.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru