Rusiyanın keçmiş müdafiə naziri Sergey İvanov 73 yaşında ölüb.
Bu gün, 09:18
Onun ölümü əvvəlcə fəxri prezidenti olduğu VTB Birləşmiş Liqası tərəfindən açıqlanıb, daha sonra isə Kreml məlumatı təsdiqləyib. Ölüm səbəbi barədə rəsmi məlumat verilməyib. Sergey İvanov 2001–2007-ci illərdə Rusiyanın müdafiə naziri olub. 2011–2016-cı illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb, 2016-cı ildən isə 2026-cı il 4 fevral tarixinədək prezidentin ekologiya, ətraf mühitin mühafizəsi və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi olub. TEREF