İran XİN-dən ABŞ-ın hava zərbələrinə reaksiya

Bu gün, 12:06           
İran XİN-dən ABŞ-ın hava zərbələrinə reaksiya
İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib.
TEREF APA-ya istinadən xəbər verir ki, nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.

Bəyanatda vurğulanıb ki, İran qanuni özünümüdafiə hüququ əsasında öz suverenliyini və təhlükəsizliyini qoruyur və İran Silahlı Qüvvələrinin ABŞ qüvvələri ilə əlaqəli hədəflərə endirdiyi zərbələr də bu çərçivədə həyata keçirilib. Həmçinin ABŞ və onunla əməkdaşlıq edən tərəflərin bu hadisələrin nəticələrinə görə məsuliyyət daşıdığı bildirilib.

İran Xarici İşlər Nazirliyi Fars körfəzinin cənub sahilində yerləşən ölkələri öz əraziləri və infrastrukturunun İrana qarşı istifadə olunmasına imkan verməməyə çağırıb. Nazirlik, həmçinin BMT-ni, Təhlükəsizlik Şurasını və digər beynəlxalq qurumları ABŞ-ın beynəlxalq hüququ pozduğu iddia edilən addımlarına qarşı tədbir görməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru