Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Bu gün, 09:48           
Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür
Sosial şəbəkələrdə "myGov" platforması ilə bağlı diqqət çəkən paylaşım yayılıb.

Bizimese.com bildirir ki, paylaşımlarda qeyd olunur ki, "myGov" tətbiqində "Övladlarınızın analiz nəticələri" bölməsini yoxlayarkən uşaqların adına analiz nəticələri ilə qarşılaşırlar. Qeyd olunur ki, göstərilən tarixdə, eləcə də bu il ərzində övladını nə analiz vermək, nə də hər hansı müayinə üçün xəstəxanaya aparıb.

"myGov-u incələyirdim. 'Övladlarınızın analiz nəticələri' bölməsində uşağın analiz nəticələri qarşıma çıxdı. Həmin tarixdə, ümumiyyətlə bu il nə analizə, nə də xəstəxanaya aparmışam."

Sözügedən paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər elektron səhiyyə məlumatlarının düzgünlüyü və sistemdə bu cür qeydlərin hansı əsasla yarandığı ilə bağlı suallar səsləndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru