4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ÖLDÜ

3-03-2025, 08:28           
4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ÖLDÜ
İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

TEREF APA-ya istinadən məlumat verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.

Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru