ABŞ-də atışmada 3 nəfər ölüb, xəsarət alanlar var 28-09-2025, 12:24 ABŞ-nin Şimali Karolina ştatının Sautport şəhərində atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.Demokrat.az xəbər verir ki, bu barədə WECT telekanalı məlumat yayıb.Məlumata görə, insident şənbə günü yerli vaxtla saat 22:00 radələrində (Bakı vaxtı ilə bazar günü saat 06:00) şəhərdəki yaxta dayanacağında baş verib.Hadisənin səbəbi ilə bağlı heç bir məlumat verilmir.Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanı törətməkdə şübhəli bilinən şəxsi dindirir. Facebook-da paylaş