Roskomnadzor məşhur bloqerə qarşı məhkəmə iddiası qaldırdı

Bu gün, 10:47           
Roskomnadzor məşhur bloqerə qarşı məhkəmə iddiası qaldırdı
Roskomnadzor internet reklamları üzrə məcburi ödənişlərin edilməməsi səbəbindən tanınmış bloqer Dina Saevaya (əsl adı - Mədinə İsroilova) qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə Oxu.Az RBC-yə istinadən xəbər verir.

Məlumata görə, Sverdlovsk Vilayəti Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, 2025-ci ilin ikinci və üçüncü rübləri üçün D.Saevadan 99 min rubl (təxminən 2 000 manat) məbləğində məcburi ödənişin tutulmasına qərar verilib. Bundan əlavə, o, 8 min rubl məbləğində dövlət rüsumu da ödəməlidir.

Bildirilir ki, məhkəmə qərarının surətini aldıqdan sonra bloqerin on gün ərzində icra prosesi ilə bağlı etirazlarını bildirmək hüququ var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru