"Nürnberq" məhkəməsinin yeganə azərbaycanlı tərcüməçisi,...
Bu gün, 10:04

"Nürnberq" məhkəməsinin yeganə azərbaycanlı tərcüməçisi, 100 yaşında vəfat edən əfsanəvi jurnalist, “Sovinformbüro”nun keçmiş baş redaktoru Ənvər Məmmədovun (1923-2023) anım günüdür. 1923-cü il avqustun 15-də Bakıda müəllim ailəsində anadan olub. Yeddinci sinfi bitirdikdən sonra çilingər köməkçisi işləməyə başlayıb, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunub. Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra Bakıya qayıdıb və Qırmızı Ordunun Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. İkinci Dünya Müharibəsində iştirak edib. Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomatdır. 1956-1959-cu illərdə Sovet İttifaqının Vaşinqtondakı səfirliyinin nazir-müşaviri, SSRİ jurnalının baş redaktoru olub. 1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini, 1962-1985-ci illərdə - SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin birinci müavini olub.
Yeddi orden və on medalla təltif olunub, ingilis, alman, italyan və fransız dillərini bilib.
Anar Tağıyev

