İranda etirazlarda ölənlərin sayı 5 minə çatdı

19-01-2026, 00:13           
İranda etirazlarda ölənlərin sayı 5 minə çatdı
İranda etirazlarda ölənlərin sayı 3308 nəfərə çatıb.

Bu barədə İranda İnsan Hüquqları Aktivistləri (HRA) təşkilatı məlumat yayıb. Qeyd edilib ki, ölənlər arasında 3097-si etirazçı, 22-si uşaq, 23-ü isə bitərəf mülki şəxs olub.

Bundan əlavə, 166 təhlükəsizlik işçisi və hökuməti dəstəkləyən mülki şəxsin öldürüldüyü bildirilib. 4382 ölüm xəbəri ilə bağlı isə araşdırmalar davam edir.

HRA həmçinin 2107 nəfərin ağır yaralandığını və nümayişlər zamanı həbs olunanların sayının 24266-ya çatdığını qeyd edib.

***

“Reuters” agentliyi İran rəsmisinə istinadən bildirib ki, keçirilən etirazlar zamanı ölənlərin sayı 5 000 nəfərə çatıb. Qeyd edilib ki, onlardan təxminən 500-ü təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

Rəsmi şəxs bildirib ki, hakimiyyət orqanları İranda keçirilən etirazlar zamanı 5 000 nəfərin ölümünü təsdiqləyib, terrorçuları və silahlı üsyançıları günahsız iranlıları öldürməkdə ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru