Xanım sahibkara "stop" qoyuldu: 800 minlik borc - TƏFƏRRÜAT

30-01-2026, 00:08           
Xanım sahibkara "stop" qoyuldu: 800 minlik borc - TƏFƏRRÜAT
Vergi borcu 800 min manata yaxınlaşan xanım şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, "Şəmkir" MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780991.55 manat vergi borcu yaranıb.
İdarə tərəfindən şirkətin qanuni təmsilçisi Lətifova İlhamə Nizam qızı barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.
Məlum olub ki, sahibkar xanımın "Şəmkir MTK"nın İşsizlikdən Sığorta Fonduna 21.65 manat, dövlət büdcəsinə 780345,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 437514,9 manat, faizlər üzrə 110691.29 manat, maliyyə sanksiyası üzrə 232138.99), Dövlət Sosial Müdafiə Fonduna 544,04 manat, İcbari Tibbi Sığorta Fonduna 80.68 manat borcu yaranıb.
Məhkəmənin qərarı ilə borc ödənilənədək İlhamə Lətifovanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]