Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həyatını itirdi
30-01-2026, 00:13
Salyan şəhər sakini 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirib. Bakupost.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib. "30 ildir ki, Rusyanın Sankt-Peterburq şəhərində yaşayan Salyan şəhərinin Babazanlı massivindən olan 51 yaşlı İsmayıl Kamil oğlu Ələsgərov Rusiya - Ukrayna müharibəsində həyatını itirib. Mərhumun qohumları adından onun qərib diyarda dəfni təşkil edilib" - məlumatda qeyd olunur.