Moped sürücülərinə VACİB XƏBƏR

5-02-2026, 00:08           
Moped sürücülərinə VACİB XƏBƏR
Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin əsas iştirakçıları arasında moped sürücüləri də var. Yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qanunvericilikdə moped sürücüləri ilə bağlı bəzi dəyişikliklər edilib.

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, artıq mopedlər də qeydə alınacaq:

“Həmin dəyişikliyə əsasən, moped artıq dövlət qeydiyyatına alınacaq. Onları idarə edən şəxslərdən sürücülük vəsiqəsi tələb olunacaq. Bu da mopedləri idarə edənlərin daha məsuliyyətli olmasına gətirib çıxaracaq.

Mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük vəsiqəsinin tələb edilməsi mart ayının sonlarından tələb ediləcək. Kameralar vasitəsi ilə onların törətdiyi qayda pozuntuları da qeydə alınacaq”.

Qeyd edək ki, istənilən halda bütün yol hərəkət iştirakçıları qaydalara riayət etməlidirlər. Çünki burada tək səhv insan həyatına başa gələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru