Bakıda şagird müəlliməsini atasının silahı ilə vurub: Saxlanıldı - VİDEO

6-02-2026, 11:06           
Bakıda şagird müəlliməsini atasının silahı ilə vurub:
Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

Bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru