“Temu” çatdırılma şərtlərində bir sıra dəyişikliklər edib.
Bu barədə məlumat “Temu Azərbaycan” teleqram kanalında paylaşılıb.
Bildirilib ki, bundan sonra “Temu”dan sifariş edilən paketlərin çatdırılması 87 günə qədər davam edə bilər. Əgər bu müddət ərzində bağlama alıcıya çatdırılmasa, ödənilən məbləğ geri qaytarılacaq.
Eyni zamanda, bağlamanın statusunda 57 gün ərzində heç bir dəyişiklik baş verməzsə, ödəniş avtomatik olaraq geri ödəniləcək.