Almaniyada naməlum şəxslər bankı qarət ediblər

15-02-2026, 10:57           
Almaniyada naməlum şəxslər bankı qarət ediblər
Üç naməlum şəxs Almaniyanın Ştur şəhərindəki "Folksbank" bankını qarət edib.

Oxu.Az bildirir ki, bu barədə "Bild" qəzeti polisə istinadən xəbər verir.

Qarət iki gün nahar fasiləsi zamanı baş verib. Cinayətkarlar işıq lüku vasitəsilə bankın zirzəmisinə daxil olublar və 14 seyf qutusunu açıblar.

Hadisə yalnız bankın müştəriləri və əməkdaşları səhhətlərinin pisləşməsindən və ürəkbulanmadan şikayət etdikdən sonra məlum olub. Sonradan aydın olub ki, qarətçilər zirzəmiyə naməlum maddə püskürdüblər.

Qarət nəticəsində dəymiş ziyanın miqdarı hələlik məlum deyil. Polis artıq təhqiqata başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru