SEPAH Hayfa limanına hücumu qəsdən etdiklərini etiraf edir 8-03-2026, 12:08 “Tehran neft emalı zavodunun hədəfə alınmasına cavab olaraq biz Hayfa limanında neft emalı zavodunu vurduq”.Moderator.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.SEPAH-ın bəyanatında qeyd olunub ki, Hayfadakı obyektə hücum "Xeybər Şekan" raketləri ilə həyata keçirilib.Məlumata görə, İsrail hərbi təyyarələri şənbə gecəsi paytaxtın cənubunda yerləşən Tehran neft emalı zavoduna zərbə endirib. Facebook-da paylaş