Azərbaycana gətirilən arılarla bağlı araşdırma başlanıldı – Yoluxma şübhəsi…

28-03-2026, 00:15           
Azərbaycana gətirilən arılarla bağlı araşdırma başlanıldı – Yoluxma şübhəsi…
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Özbəkistandan Azərbaycana gətirildiyi iddia edilən arılarla bağlı araşdırmaya başlayıb.

TEREF xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq agentlikdən bildirilib.

Qeyd olunub ki, məsələ araşdırılır və əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Özbəkistandan Azərbaycana bir tır arının gətirildiyi və onların gənələrlə yoluxduğu ilə bağlı məlumat yayılmışdı. İddialara görə, idxal edilən arılar Tropilaelaps gənəsi ilə yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru