Azərbaycanda doğuş zamanı daha bir ana ölümü

18-10-2017, 00:37           

Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

teref.az “Report”a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş zamanı ana dünyasını dəyişib.

Bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının üçüncü hamiləliyi olub. Onun iki oğul övladı var. Onun yeni doğulan qızı isə sağ qalıb.

Mərhumun yaxınları ananın ölümündə həkimləri ittiham edirlər.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru