Bakıda qayın yeznəsinin GÖZÜNÜ ÇIXARDI

22-12-2017, 13:39           
Bakıda qayın yeznəsinin GÖZÜNÜ ÇIXARDI
Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Elnur Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.
Elnur Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilib.
O, Bakıda mübahisə zəminində keçmiş yeznəsini yumruqla vurub. Həmin şəxs bir gözündən ciddi xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru