Şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar

22-12-2017, 14:33           
Şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar
Dekabrın 20-də Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisindən Yevlax rayon sakini Ramil Salmanova məxsus “VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Yunis İmanov saxlanılaraq avtomobillə birgə Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdi.

Davam etdirilən əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvləri də saxlanılıblar. Araşdırmalarla onların Xırdalan şəhər sakini Kənan Quliyev, Gəncə şəhər sakinləri Nəsrəddin Həsənov və İntiqam Rzayev olmaları müəyyən edilib.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda qeyd olunur ki, faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru