Abşeron rayonunda 16 yaşlı qızı avtobus vurub

23-12-2017, 10:19           
Abşeron rayonunda 16 yaşlı qızı avtobus vurub
Axşam saatlarında Abşeron rayonunda sərnişin avtobusu yeniyetmə qızı vurub.

APA-nın məlumatına görə, hadisə Masazır dairəsi yaxınlığında baş verib.


Məlumata görə, 2001-ci il təvəllüdlü Abdullazadə Aytən Seyfəddin qızı yolu keçmək istəyən zaman 303 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı avtobus onun ayağının üstündən keçib. Nəticədə sol ayağından xəsarət alan yeniyetmə qız 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib.

Avtobusun sürücüsünün sözlərinə görə, 16 yaşlı Aytən qəfildən avtomobil yoluna daxil olduğu üçün nəqliyyat vasitəsini vaxtında saxlamaq mümkün olmayıb.


Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru