Kafedə dava: 2 yaralı

26-12-2017, 09:19           

Bakının Səbail rayonunda dava zamanı iki nəfər xəsarət alıb.

teref.az xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən kafelərin birində 1962-ci il təvəllüdlü Əliyev Nəsrəddin Novruz oğlu ilə 1985-ci il təvəllüdlü Məmmədov Rəşadət Qafar oğlu əlbəytaxa olub.

Dava zamanı N.Əliyev şüşə butulkanı R.Məmmədovun başına çırpıb. R.Məmmədov isə N.Əliyevi stul ilə vurub. Hər iki tərəf ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxs kimi R.Məmmədovun saxlanılması üçün xəstəxanada növbətçi post təyin edib. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru