Kremlə ağır zərbə: strateji bombardmançıların baş mühəndisi öldürüldü

Bu gün, 00:16           
Kremlə ağır zərbə: strateji bombardmançıların baş mühəndisi öldürüldü
Rusiyanın strateji aviasiyası ilə bağlı çalışan mühəndis öldürülüb.

TEREF xəbər verir ki, ukraynalı bloqer Sergey İvanovun yaydığı məlumata görə, Samarada Aviasiya Mühərrikləri üzrə “Kuznetsov” Konstruktor Bürosunun istilik fizikası və qaz dinamikası şöbəsinin rəhbəri Andrey Tisarev izlənilərək bıçaqlanıb.

İvanov bildirib ki, əməliyyat “Budanov dəstələri” adlı könüllü bölmə tərəfindən həyata keçirilib.

Məlumata görə, Tisarev Rusiyanın uzaqmənzilli strateji aviasiyası üçün güc qurğularının hazırlanması və texniki xidmətində iştirak edib. O, Tu-95MS və Tu-22M3 strateji bombardmançıları üçün mühərriklərin hazırlanması üzərində çalışan mütəxəssislərdən biri olub.Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru