İspaniyada kondisionerlərə görə qaz ehtiyatı azalır

Dünən, 16:38           
İspaniyada kondisionerlərə görə qaz ehtiyatı azalır
İspaniya kondisionerlərin fasiləsiz işləməsi nəticəsində yaranan elektrik enerjisi çatışmazlığını aradan qaldırmaq üçün qışa tədarük etdiyi qaz ehtiyatlarından istifadə etməyə başlayıb. Bu, ölkə tarixində ilk dəfə baş verən hadisədir.

"RIA Novosti" agentliyi xəbər verir ki, bu barədə Avropanın qaz infrastrukturu operatorları xəbərdarlıq edib. Bildirilir ki, iyulun 2-dən 14-dək olan dövrdə İspaniya yeraltı qaz anbarlarından 394 milyon kubmetr "mavi yanacaq" çıxarıb. Ölkə artıq iki həftədir ki, qış üçün nəzərdə tutulmuş ehtiyatlarını xərcləyir.

Hazırda yeraltı anbarların doluluq səviyyəsi təxminən 73%-dir. Bu göstərici iyul ayı üçün tarixi minimum hesab olunur.

Ölkənin belə bir addım atmasına səbəb anomal istilərdir. Havanın həddindən artıq isti keçməsi səbəbindən əhali kondisionerlərdən fəal istifadə edir ki, bu da elektrik enerjisi istehlakının kəskin artmasına gətirib çıxarır. Nəticədə elektrik stansiyalarında yanacaq istehlakı da normadan çox artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru