“Baku Electronics”dən aldığı məhsul cəmi 2 gün işlədi – Foto

Dünən, 15:08           
“Baku Electronics”dən aldığı məhsul cəmi 2 gün işlədi – Foto
“Baku Electronics”dən alınan məhsul cəmi 2 gün işləyəndən sonra xarab olub.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Gülnarə Osmanlı məlumat paylaşıb. O bildirib ki, məhsulu dəyişmək və ya geri qaytarmaq istəsə də, “Baku Electronics” mağazası heç biri ilə razılaşmayıb:

“Şikayətim “Baku Electronics”dəndir. Ayın 9-u 40 manata, guya orijinal qulaqcıq almışam. Ayın 11-i qulaqcıq qəflətən dayandı və bir daha işləmədi. İndi nə dəyişdirirlər, nə qaytarırlar.

Neçə gündür get-gələ salıblar. Servis mərkəzinə də göndərdilər məni, bu qulaqcıqlardan ötrü, durub servisə getmişəm. Oradan da mənə deyirlər ki, zəmanət kağızı yoxdu, biz baxmırıq.

Mən anlamıram, onda satıcı məni niyə Servisə göndərir?

Bilmir ki, zəmanət kağızı verməyib? Və məni günahlandırırlar ki, mən tələb etməli imişəm.

Bu məsələni burada qoymayacağam. Antiinhisara şikayət edəcəm, defekt malı kiməsə sırıyıb sonra arxasında durmamaq nədir öyrənəcəksiniz”.

Şikayətlə bağlı “Baku Electronics”lə əlaqı yaratmaöa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru