Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb

Dünən, 16:44           
Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb
ABŞ-nin Northwestern Universitetinin alimləri insan gözü üçün demək olar ki, görünməz olan eksperimental "Phantom Twist" dronunu hazırlayıblar. Layihədə süni intellektdən istifadə edilməklə dronun konstruksiyası elə optimallaşdırılıb ki, yüksək sürətlə işləyərkən onu adi gözlə seçmək olduqca çətinləşir.

Yeni texnologiyanın prinsipi yüksək sürətlə fırlanan ventilyator qanadlarının gözlə seçilməməsinə bənzəyir. Tək mühərrik və bir pər ilə təchiz edilən prototip saniyədə 25 dövrə vuraraq hərəkət edir və bu zaman insan görmə qabiliyyəti onu aydın şəkildə qavraya bilmir.

Layihənin hazırlanması zamanı tədqiqatçılar kompüter modelləri vasitəsilə təxminən 20 min fərqli konstruksiya variantı yaradıblar. Daha sonra süni intellekt alqoritmləri hər bir modeli təhlil edərək batareya, mühərrik, elektron lövhə və tarazlaşdırıcı elementlərin yerləşməsini optimallaşdırıb.

Virtual prototiplər həmçinin 100 müxtəlif mühitdə sınaqdan keçirilib. Alimlərin sözlərinə görə, nəticədə “Phantom Twist” adi kvadrokopterlə müqayisədə təxminən on dəfə daha az görünən olub.

Tədqiqatçılar hesab edirlər ki, bu texnologiyadan hərbi sahə ilə yanaşı, mülki məqsədlər üçün də istifadə etmək mümkündür. Xüsusilə vəhşi təbiət mütəxəssisləri heyvanları onları narahat etmədən daha rahat müşahidə edə bilərlər. Bunun üçün gələcək versiyalarda dronun səs-küy səviyyəsinin daha da azaldılması planlaşdırılır.

Azərtac












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru