İranın hücumları nəticəsində ABŞ hərbçiləri öldülər

Dünən, 11:29           
İranın hücumları nəticəsində ABŞ hərbçiləri öldülər
İyulun 17-də İranın İordaniyaya endirdiyi zərbələr nəticəsində iki ABŞ hərbçisi ölüb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb. Bildirilib ki, bir hərbçi itkin düşüb. Hərtərəfli axtarış tədbirləri nəticəsində ABŞ hərbçiləri bu gün hadisə yerində şəxsiyyəti məlum olmayan cəsəd qalıqları aşkar ediblər. Qalıqların kimliyini təsdiqləmək məqsədilə ekspertiza prosesi davam etdirilir.

Bununla yanaşı məlumatda bildirilir ki, iyulun 18-də İraqın şimalında İran PUA-sının məhv edilməsi zamanı daha bir ABŞ hərbi qulluqçusu həyatını itirib. İkinci hərbçi isə yüngül xəsarət alıb və hazırda ona müvafiq tibbi yardım göstərilir.

Həlak olan və itkin düşən hərbi qulluqçuların kimliyi də daxil olmaqla heç bir əlavə məlumat açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru