Səfəvilər latın əlifbasından istifadə edib – Fotofakt

14-08-2023, 09:35           
Səfəvilər latın əlifbasından istifadə edib – Fotofakt
Səfəvilər dövlətinin sarayda türk dilindən və latın əlifbasından istifadə etdiyi ilə bağlı sübut üzə çıxıb.

Kult.az xəbər verir ki, faktı tarixçi alim, dosent Zaur Əliyev təqdim edib.

“Məşhur alman alimi, səyyah Adam Oleari 17-ci əsrdə Səfəvilər dövlətinə səfər edəndə qeyd edirdi ki, Şah sarayında fars və türk dillərindən istifadə edilsə də, daha çox üstünlük türk dilində idi. Özü də latın əlifbası ilə türk dilində yazırdılar. Səyyah özü də yerli türk dilini öyrənirdi”, - alim bildirib.

O, Adam Olerainin kitabında Səfəvilər dövründə türk əlifbasından istifadə edildiyini təsdiqləyən sübutu da paylaşıb:

“Mətndə "Allah Taala səni saxlasun mənüm içün" deyə yazılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru