Xalqların Liderinin oğlu Vasili Stalin: "Mən Stalin kimi doğulmuşam və belə də öləcəyəm."

28-11-2025, 17:04           
Xalqların Liderinin oğlu Vasili Stalin:
Yoxsulluq, unutqanlıq və erkən ölüm. İosif Stalinin oğlu ilə hesabı kim çürüdürdü?
19 mart 1962-ci ildə Vasili Stalin Kazanda, Qaqarin küçəsi 105 ünvanında yerləşən bir otaqlı Xruşşov dövrünə aid mənzildə vəfat edib. Onun cəmi 40 yaşı var idi. Kaçin Hərbi Aviasiya Məktəbini bitirdikdən sonra, liderin kiçik oğlunun heyrətamiz yüksəlişi olub: o, cəmi 25 yaşında Hərbi Hava Qüvvələri generalı rütbəsinə yüksəlib.
Sovet “Olimpin”dən düşməsi də az başgicəlləndirici olmayıb. Döyüşçü pilotun həyatı 1953-cü ilin mart ayında atasının ölümündən sonra, alt-üst olub. İndi isə, baş verənləri ardıcılıqla oxuyaq.
Liderin zəhərləndiyinə dair şübhələri açıq şəkildə dilə gətirdiyinə görə, Vasili hərbi forma geyinmək hüququ olmadan ordudan qovulub və sonra həbsxanaya göndərilib.
Gənc Stalin son dərəcə mübahisəli bir şəxsiyyət idi. O, yaxşı zabit və pilot olsa da, eyni zamanda sərxoşluğa, cəsarətə və məcaraçılığa meylli idi. Vasilinin çevrəsində çoxlu sayda axmaq, yaltaq və saxta içki düşkünü var idi ki, bu da onun mənəvi tənəzzülünü daha da artırırdı.
"Vasili Stalin, qeyri-sabit davranışına baxmayaraq, pillə-pillə vəzifədə düzgün irəliləsəydi, yaxşı komandir olardı... Amma bu, onun günahı deyildi", - deyə aviasiya general-polkovniki Aleksey İliç Podolski bildirib.
Vasilinin həbsindən sonra, onun 76 şəxsi əmlakı müsadirə edilib. Bunlara iki motosiklet, bir avtomobil, iki velosiped, iki qayıq, tüfəng kolleksiyası və bir neçə mükafat qılıncları daxil idi.
Liderin oğlu Kommunist Partiyasının liderlərini nüfuzdan salmağa yönəlmiş böhtan xarakterli ifadələrdə, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Vasili ittihamları etiraf edib. O, Cinayət Məcəlləsinin 100-cü maddəsi, Cinayət Məcəlləsinin 58-10-cu maddəsi ("antisovet təbliğatı") və Cinayət Məcəlləsinin 193-17-ci maddəsi ("vəzifə səlahiyyətlərindən sui-istifadə") ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
O, Vladimir Mərkəzi Həbsxanasında Vasili Pavloviç Vasilyev adı ilə həbs olunmuşdu (görünür, soyad üçüncü həyat yoldaşı üzgüçü Kapitolina Vasilyevadan "borc götürülmüşdür".)
Keçmiş həbsxana işçisi Konstantin Yevseyev xatırlayırdı ki, kiçik Stalin çox siqaret çəkir, çirkin zarafatlar edir və hamıya "dili uzunluğuna görə" həbs olunduğunu deyirdi. Atasının zəhərlənməsi barədə fərziyyələr irəli sürməklə yanaşı, guya Xruşşova və onun silahdaşlarına zarafatla: "Stalinin dəfn mərasimini təşkil edə bilməsəniz, ölkəni necə idarə edəcəksiniz?" - deyə dəfn mərasimi zamanı baş verən izdihamda çoxsaylı itkilərə işarə edərək deyirmiş. Yeni hakimiyyətdə olanlar isə, kin saxlayaraq, ilk fürsətdə Stalin kiçik ilə hesablaşırdılar.
Həbsxanadan sürgünə
"Vasiliyev" həbsxanada torna ustası peşəsini öyrənib. Zamanla o, ümumi kameradan tək kameraya köçürülüb və bu addımdan çox məmnun qalıb. Lakin Vasilinin həbsdə olduğu illər ərzində səhhəti pisləşmişdi.
1960-cı ilin yanvarında əfv fərmanı ilə həbsdən azad edilən Stalin bir neçə ay sonra yenidən ora qaytarılıb. O, Vasili Klim Voroşilovun qalmaqallı açıqlamalar olmadan, sakit və təmkinli yaşaması barədə nəsihətlərinə məhəl qoymayıb.
15 apreldə o, SSRİ-nin "şəxsiyyət kultunun ifşası" səbəbindən münasibətləri kəskin şəkildə pisləşən Çin səfirliyinə getdi. Əgər kiçik Stalin ora qaçmaq qərarına gəlsəydi, şübhəsiz ki, açıq qollarla qarşılanardı. Lakin KQB liderin oğlunu tutub həbsxanaya qaytarıb və yaşından daha yaşlı görünən, ağır xəstə bir kişi kimi, bir ildən çox orada qalıb.
Ona Moskvada qalmaq qadağan edilib. Liderin oğlu xaricilər üçün qapalı olan Kazanda saxlanılıb.
Vasilini ora üç KQB zabiti gətirib. KQB məlumatlandırıcısı, tibb bacısı Mariya Nuzberq onunla birlikdə yaşayıbdı və sürgündəkiin hər hərəkəti barədə məlumat veribdi. Stalin bu qadını uzun müddət idi tanıyırdı və ona qarşı hissləri var idi.
Mənzil hər tərfindən dinləmə cihazları ilə təchiz olunmuşdu. Vasilinin 11 tomluq cinayət işinin yalnız üçü oxunaqlıdır. Qalan səkkizi isə, qulaq asma məlumatları olub.
Kazanda Vasili müharibə zamanı Stalinin diviziyasında xidmət etmiş hərbi sınaq pilotları Anatoli İsayev və Ənvər Kərimovla ünsiyyətdə olub.
KQB-də dindirilmə zamanı Kərimov bildirib ki, o və Stalin keçmiş hərbi xidmətlərini xatırlayıblar; Vasili boş yerə həbs olunduğunu israr edib və sadəcə atasının təbii ölümündən şübhələnibdi. Liderin oğlu uçuş karyerası haqqında danışmaq istəmirdi və aktiv pilotların işlərinə maraq göstərmirdi.
20 iyun 1961-ci il Kərimov təyyarə qəzasında həlak olub. Vasili Stalin, dəfn mərasimində iştirak etməsinə icazə verilməməsinə baxmayaraq, hərbi geyimdə orada iştirak edib.
"O, qonşularından tutmuş poçtalyonlara qədər hər kəsə Stalinin oğlu olduğunu deyirdi."
Kiçik Stalinin film hazırlamaq və çap etmək üçün gətirdiyi fotoqrafın qızı, Kazan sakini Lyudmila Kutuzova onu o dövrdə şəhərdə nadir hallarda rast gəlinən, əsalı və nazik çərçivəli eynəkli, arıq bir kişi kimi xatırlayırdı. Kutuzova Vasilinin alkoqolik kimi görünmədiyini vurğulayıbdı.
Kazanda Stalinə soyadını Cuqaşvili və ya Alliluyev olaraq dəyişdirmək üçün, təzyiq göstərilib. O, bu təklifə uzun müddət müqavimət göstərib. Lakin sonda nəhayət soyadını Cuqaşvili olaraq dəyişdirməyə razı olub: sağlamlığına görə zədələnmiş ayağı ilə beşinci mərtəbəyə qalxmaq ona çətin idi və itaət etsə, ona daha aşağı və daha geniş yeni bir mənzil vəd edilmişdi.
Lakin iş materiallarında deyilir ki, Kazanda Vasili xəbərdarlığa baxmayaraq, özü haqqında mümkün qədər geniş şayiələr yaymağa çalışırdı. Stalin qonşularına, taksi sürücüləri və poçtalyonlar da daxil olmaqla, rastlaşdığı hər kəsə tərcümeyi-halı, 1953-cü ildə həbs olunmasının səbəbləri və həbsi haqqında danışırdı.
18 mart 1962-ci ildə Vasili Qalina Burdonskaya ilə ilk evliliyindən olan qızını Moskvaya çağırıb və onu ad gününə (24 mart) dəvət edib. Nadejda Kazana Kapitolina Vasilyeva ilə birlikdə gedib. Lakin onu artıq həyatda sağ görməyiblər.
"Nuzberqdən Vasilinin nədən öldüyünü soruşublar. O cavab verib ki, gürcülər bir çəllək şərabla gəlmişdilər və buna görə də ölüb", - deyə Kapitolina Vasilyeva xatırlayır.
Qohumları bu rəsmi versiyaya inanmayıbdılar. Svetlana Alliluyeva iddia edir ki, qardaşı "Kazan sürgündə ölməsinə tibb bacısı adı altında ona KQB məlumatçısı təyin etməklə kömək edilib".
Vasilinin dəfn mərasimində təxminən üç yüz nəfər iştirak edib. Böyük oğlu Aleksandr Burdonski əvvəlcə hərbiçi atasının şərəfsiz dəfn olunmasına və izdihamda bir dənə də olsun əsgərin olmamasına təəccüblənib. Sonra o, pilot zabitlərin dəfn mərasiminə forma geyinərək qatılmasının qadağan olunduğunu başa düşüb.
Kapitolina Vasilyevanın sözlərinə görə, Vasili Stalin "evsiz - bomj” kimi dəfn edilib". "Vasya hərbi formasını geyinmişdi, amma görünməsin deyə, onu qara parça ilə örtmüşdülər. Nə edəcəyimi bilmirdim. Onu cırmaq istəyirdim, amma bacarmadım. Bu necə ola bilər! Axı o, döyüş zabiti idi!"
Vasili Stalinin digər övladlarının taleyi necə olub?
Vasili Stalinin uşaqlarının taleyi daha da faciəlidir. Bunlardan ən şanslısı Rusiyanın Xalq Artisti və rejissoru olan oğlu Aleksandr olub. Qızı Nadya alkoqolizmdən, Svetlana anadangəlmə xəstəliklərdən, Vasili isə narkomaniyadan ölüb. Vasili Stalinin iki övladlığa götürülmüş qızı isə, onun soyadından imtina edib.
ESMIRA ŞÜKÜROVA
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru