Cövhər Dudayev 82... Elçibəy : Aslanı qəfəsdə saxlamaq olmaz.

15-02-2026, 11:24           
Cövhər Dudayev 82... Elçibəy : Aslanı qəfəsdə saxlamaq olmaz.
"Ukrayna günəşi yüksələndə Rusiya yox olacaq.... Bu gün Сohar Dudayevin doğum günüdür. Gəlin, onu anaq və andıqca da dediyi sözləri xatırlayaq.
Cövhər Dudayev: Biliyor musunuz üç adam esir düşmüş.
Biri Fransız, ikincisi İngiliz,üçüncüsü Rus imiş. Üçüne de bir akşamlık izin vermişler ve son arzularınızı yerine getirip sonra sizi asacağız demişler. Fransız akşamı metresi ile geçirmiş. İngiliz köpeği ile seyahat etmiş. Rus köyüne gidip komşusunun buğday ambarını yakmış. Niçin böyle yaptın diye sormuşlar. Orada çok buğday vardı. Beni asıyorlar o da eziyet çeksin demiş. Rus mantalitesi bu. Kendisi aç, bizim petrolü, yani bizim ambarımızı yakıyor."

Cövhər Dudayev deyirdi ki, "Ukrayna günəşi yüksələndə Rusiya yox olacaq. Ukraynalıları hirsləndirsəniz, özünüzdən küsün. Onlar qarşısına çıxan hər nəyi və hər kəsi məhv edəcəklər! Gəlin, Rusiyanın təsir dairəsini daraltmaq üçün Qafqaz birliyi yaradaq."
O, "Bizi öldürə bilir, əzə bilir, üstümüzdə tanklarla rəqs edə bilir, vücudumuzu parçalaya bilirlər. Ancaq fəqət bizim özgürlük ve bağımsızlık ruhumuzu əsla yox edə bilməzlər" deyirdi.
O, "Ölecek qədər yaşlı, savaşacak qədər gəncəm " deyirdi.
O," üzərimdəki üniformam kəfənim, şəhadətə talibim.Şəhitliği rütbə ve şərəf qəbul edirəm.Qanımın son damlasına kadar ölkəmizin bağımsızlığı ve milletimin hürriyeti için savaşmaya hazıram."-deyirdi.
O, "Cihadı alnımızın çatına vurduq ve hər sabah şəhadəti qoyduk duamızın başına" deyirdi.
Heyf və çox heyf ...O qədər ideyaları var idi ki...Elə sağ olduğu vaxt M.Ə.Rəsulzadəyə məxsus "Qafqaz evi"nin yaranması üçün nələr etmədi...
.. O, M.Ə.Rəsulzadənin "Qafqaz məsələsi Rusiyanın iç məsələsi deyil, Rusiyaya qarşı alternativ bir məsələdir… Milli dövlətlərimizin istiqlallarını və onların Qafqaz daxilində konfederativ bir birlik halında birləşmələri mücadiləmizin ilk planını təşkil edir..." fikri ilə tanış idi və tam gücü ilə dəstəkləyirdi. Və məhz buna görə də
"Rusiyanın təsir dairəsini daraltmaq üçün Qafqaz birliyi yaradaq" deyirdi...
...Əslində tarixə baxanda "Qafqaz Evi" ideyası yeni məsələ olmayıb. Bu ideyanı ilk dəfə Qafqazda Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Ermənistanda isə Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər. İdeya həm Axundovun, sonralar həm də Mirzə Bala Məmmədzadənin fikirlərində əsas yerlərdən birini tuturdu.
"Qafqaz Evi”nin yaradılması ideyasının ilk dəfə rəsmi səviyyədə gündəmə gəlməsi isə Məhəmməd Əmin Rəsulzadə ilə bağlıdır. Üzeyir Hacıbəyovun "Biz hamımız qafqazlı balasıyıq" adlı məqaləsində də isə bu ideyanın region üçün nə qədər əhəmiyyətli olduğu qeyd edilib
Doğrudur, tarixçi alim Solmaz Rustamova Toqidi bildirir ki, "mühacirət dövründə Əlimərdan bəy Topçubaşov da bu ideyanın əsas tərəfdarlarından biri olub . 1934-cü ildə isə artıq xəstə olduğu bir vaxtda Rəsulzadə ilə birgə imzaladığı son sənəd də "Qafqaz Konfederasiyası"nın yaradılması ilə bağlı olub".

..1992-1993-cü illərdə dövlət müşaviri olmuş Müsavatın Məclis Sədri Arif Hacılının dediyinə görə "Cövhər Dudayev bu ideyanın alovlu tərəfdarlarından idi. "Qafqaz evi"nin qurulması üçün Gürcüstan, Çeçenistan, Dağıstan, Kabarda-Balkar və başqa Qafqaz rəsmi dövlət qurumlarının liderləri, Şimali Qafqaz dini icmalarının rəhbərləri ilə danışıqları Azərbaycan adından mən aparırdım.
Qafqaz Evi layihəsində Ermənistanın iştirakı nəzərdə tutulmamışdı. Bu əvvəlcədən bütün tərəflərlə razılaşdırılmışdı.
Əsas mərkəzi Bakı şəhəri, siyasi lideri Azərbaycan prezidenti olmaqla Qafqaz Evinin yaradılması ideyasının həyata keçməsi üçün ciddi irəliləyişlərə nail olunmuşdu.

Lakin təəssüf ki, 4 uyun qiyamı və bu qiyam nəticəsində baş verən dövlət çevrilişi bir çox mühüm başlanğıclar kimi Qafqaz Evi ideyasının da həyata keçməsinin qarşısını aldı."
Düşünürəm ki, indiki şəraitdə Qafqaz evi ideyasının həllinə yaxınlaşırıq. Tezliklə bu ideyanınhəyata keçməsi ilə Türkiyə və Azərbaycanın nəzarəti altında bölgəyə sülh, firavanlıq gələcək və
Cövhər Dudayevin də ruhu əbədi rahatlıq tapacaq.
Cövhər Dudayev deyirdi ki, "Öləcək qədər qoca, vuruşacaq qədər cavanam." O, yaşayır, ideyaları yaşayır, ürəklərdə yaşayır, onu unutmurlar.! Ürəklərdə yaşayırsa bu günkü 82 yaş nədir ki?!
sözardı: Xatrıladım ki, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək SU-25-dən həmin koordinata atılan raket zərbəsi ilə öldürmüşdü.
Eynən generalımız Polad Həşimov kimi...
Baba Allahnəzərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru