Batin alimi yazır: "Odlu At ili sufizmdə nə deməkdir?"
18-02-2026, 08:18

Fevral ayının 17-si Çin təqviminə görə Odlu At ili başlayır. Təbii ki, çinlilər özləri bu odlu atın nə məna kəsb etdiyini bilmirlər. Çünki bütün qədim yazılar, abidələr və hər şey Əflatunun yazdığı kimi bir kosmik hadisə ilə bağlıdır. Çinlilər isə bunlardan xəbərsizdirlər. Mən kitab və məqalələrimdə göstərmişəm ki, bu kosmik hadisə Azəri firon-bəglərinin əcdadı Niftalı (Napatlı) Amonun göydə İlahdan El, yəni El-İlah - Allah yaratması ilə bağlıdır.
Kosmosun Ali Arxitektoru olan Niftalı Amon, göyləri Öz ruhuna tabe etmək üçün teurqiya ritualları keçirir və atları qurban kəsərək, onların ruhlarından göydə kosmik ölçülü Göy atı yaradır. Bu ritual haqda ətraflı məlumatlar Upanişada kitablarında "Aşvamedxa" ritualı adı ilə keçir. Mən, "Batini-Quran" kitabımda bu ritualın geniş izahını vermişəm.

Məşhur sufi Mühiddin ibn Ərəbi, özünün "Füsusül Hikəm" adlı kitabında bu ritualı Livan, yəni Alban dağları ilə əlaqələndirərək yazır: "Bax, bu Idris olan İlyaya elə gəldi ki, Livan dağı (bu dağın adı «lubana» sözündəndir), bütün orqanları oddan olan odlu ayğırdan qopdu. Bunu görəndə o, ayğırı yəhərlədi, onda olan üsyani ehtiraslar onu tərk etdi: o ehtirassız ağıla çevrildi, çünki artıq ruhun tamahkar məqsədindən ayrılmışdı. Allah onda təmizlənmiş halda oldu – o zaman onda Allah haqqındakı biliyin yarısı var idi. Çünki ağıl özündən başqa, hər şeydən yayınanda və yalnız öz düşüncələrindən qaynaqlananda, o Allahı bənzətmədə yox, saf halda tanıyır. Əgər Allah ona öz təzahüründə bilik verirsə, onun Allah haqqındakı biliyi həyata keçir: O onu birində təmizləyəcək, digərində bənzədəcək, Allahın təbii və elementar formalarındakı axmasını görəcək: bu zaman o istənilən formada Allahın təzahürünü, həmin formanın təzahürü kimi görəcək. Allahın göndərdiyi və gətirilən qanunlar haqqındakı bilik tam halda belədir, bu biliklər təxəyyülün bütün gücü ilə bərqərar olmuşdur".

Bu mətndə Amonun ruhunun, ekstatik vəziyyətdə, sufizmin Bəqa fazasında İlahla vəhdətə nail olub, (Osiris) Allaha, yəni göydə Ölümsüz ruha çevrilməsi rəmzlərlə təsvir olunur. Burada Livan, Alban dağı dedikdə, Qurandakı - göyə qaldırılmış Tur dağı nəzərdə tutulur ki, sufi məntiqində Alban (Livan) rəmzi - El Benu (Van), yəni fironların ölümsüz Ba (Benu/Van) ruhlarının göydəki Eli deməkdir.
İslam mənbələrində və miniatürlərdə odlu at, Məhəmməd peyğəmbərin Merac gecəsində göyə qalxdığı - adambaşlı (yunan mif. kentavr) Buraq atı adlanır. Sufi məntiqində Buraq rəmzi - "İlahla vəhdətə nail olmuş Ba ruhu" və ya "Ba ruhu ilə birləşmiş Qor" deməkdir. Rəvayətə görə bu hadisə İsra gecəsində baş vermişdir ki, İsra rəmzi batini mənada "Asar (Osiris/Azər) Allahı" deməkdir. Qeyd etmək yerinə düşər ki, sufi məntiqində Rəsul rəmzi, İsrail, Əzrail rəmzləri kimi Asar-Eli, yəni Osiris Allahının göydəki Eli mənasındadır. Mən, "Məhəmməd peyğəmbər – Nurdan yaradılmış Azər Allahıdır” adlı məqaləmdə göstərmişəm ki, Məhəmməd peyğəmbərin obrazı Asar (Osiris), yəni Azər Allahın obrazıdır (sayt: http://gilarbek.blogspot.com/2013/08/mhmmd-peygmbr-nurdan-yaradlms-azr.html?m=1).

Bütün bunlar o deməkdir ki, Odlu At ili - "Məhəmməd peyğəmbərin Budaq atını minib göyə qalxdığı il" mənasındadır. Hədislərin birində Məhəmməd peyğəmbər - axirətdə gələcək İsrailin son, 12-çi peyğəmbəri adlanır. Xristian mətnlərində isə Məhəmməd peyğəmbər - ölüb dirilən Allah kimi göstərilir ki, bu da axirətdə diriləcək Osiris Allahı mənasındadır. Başqa sözlə, bu il - Azəri seyid-bəglərinə İlahi qüdrət verən Azər (Osiris) Allahın dirilməsi ili ola bilər.
Firudin Gilar Bəg
Sufi-batin alimi
17.02.2026
TEREF

