Quba xanı Fətəli xan və Qarabağ xanı İbrahimxəlil xan rusyanın bir başa azərbaycanda mökəmlənməsinə köməklik göstərib
23-02-2026, 08:04

Hansı ki bizə sovet dövründə qəhrəman kimi təqdim olunub.Baxmayaraq ki sovet hökuməti sözdə feodallarla mübarizə aparsa da ,onlar barəsində o dövrün tarix kitablarında bu Xanlar barədə bir dənə də tənqidi fikir tapa bilməzsən.
Ümumiyyətlə tarixi mübahisələr mədəni şəkildə olmalıdır.Hansısa ailəsini və kökünü tanımayan ,mənşəyi olmayan biri ağzına gələni həm də bir səbəb olmadan yazanda sən də qayıdıb onin dediklərini eyni şəkildə cavablandırmağa məcbursan.
Hə dönək əsl məsələyə.Quba xanı Fətəli xan və Qarabağ xanı İbrahimxəlil xan rusyanın bir başa azərbaycanda mökəmlənməsinə köməklik göstərib.Xüsusi ilə Quba xanı Fətəli xan Azərbaycanda rus kalonlaşdırlmasının hansı ki indiki deyərəm ki 5 kalonun əsasını qoyub..
Xanlıqlar dövründə Rusya ,Osmanlı və Qacar dövləti(Hansı ki sovet onu xüsusilə İran adlandırır oz yazdırdığı tarix kitablarında)Qafqazda xüsusilə Azərbaycanda hakimiyyəti ələ almaq uğrunda mübarizə aparırdı.

Fətəli xan əslən Kumuk soyundan olduğundan türksoylulara daha yaxın olmalı idi amma rusyanın təbəliyini üstün tutaraq xanlıqları birləşdirmə adı altında rusya istilasına kömək etdi. Bunun müqabilində rusya onun xanlıqlar üzərində statusunu dəstəkləyirdi.Dolayısı ilə Fətəli xan rus təbəliyini qəbul etdi və digər xanları da məcbur buraxdı ki ruslardan aslı vəziyyətə düşsünlər.Bunun da sübutu budur.Oxuyun .Ona qəhrəman deməyin doğru olduğuna inanırsınızmı?Xüsusilə də Dərbəndi rusyaya ilhaq edilməsində gözəl əməyi var.
//////////
1775-ci ilin yazında De-Medem Tərki şamxalı ilə birlikdə Dağıstana yürüş etdi və Əmir Həmzənin qüvvələrini məğlub etdi. Nəticədə Dərbəndin mühasirəsi dayandırıldı. Fətəli xan De-Medemə Dərbəndin Rusiya himayəsinə qəbul edilməsini təklif etdi və rus hərbi qüvvələri şəhərə daxil oldu.[60] 1775-ci ilin mayında Fətəli xan mayor Kridnerin rəhbərlik etdiyi rus birləşməsi ilə birlikdə Qaytaqa və Tabasarana yürüş etdi. Başlıkənd yaxınlığında Əmir Həmzə onların qarşısını almağa çalışsa da, artilleriya atəşi nəticəsində ağır itkilərlə geri çəkildi. Fətəli xan həmçinin Qazıqumuq xanı Məhəmmədin də qoşunlarını məğlub etmiş və Kürə xanlığını ələ keçirmişdi.[61]
1775-ci ilin sentyabrında Rusiya imperatriçəsi II Yekaterina general Potyomkinə əmr göndərərək, Dərbəndin açarlarının Quba xanına qaytarılmasını və Fətəli xanın bu ərazilərdəki hakimiyyətinin bərpa edilməsini tapşırdı. Beləliklə, həmin ilin sonunda rus qoşunları Dağıstandan çıxarıldı
////////////
Bu da cənubi Azərbaycanda Fətəli xanın rusyaya bağlı feodallara rusların dəstəyi ilə kömək etməsinin sübutu.
Fətəli xan Mirzə bəy Bayatın başçılığı ilə Gilana 9 min nəfərlik ordu göndərdi. Bu ordu Ağa Məhəmməd xan Qacarın qüvvələrini Gilandən çıxararaq Hidayət xanın hakimiyyətini bərpa etdi və Qacar ordusunu geri çəkilməyə məcbur etdi. Həştərxan qubernatoru Jukovun 12/23 aprel 1782-ci il tarixli raportundan aydın olur ki, həmin ilin yanvarın 2-də Gilanlı Hidayətullah xan, Quba xanı Fətəli xanın və müttəfiqlərinin ona verdiyi 6 min nəfərlik ordu ilə Gilana daxil olaraq burada yenidən öz hakimiyyətini bərpa etmişdir.[48] Hidayətullah xanın 1786-cı ildə vəfatından sonra isə Fətəli xan Gilan üzərində nəzarəti saxlamaq məqsədilə Ağa Məhəmməd xanın rəqibi olan onun qardaşı Murtuzaqulu xanı dəstəkləmişdir. Fətəli xan ona hərbi dəstək göstərmiş və lənkəranlı qüvvələrin iştirakı ilə Murtuzaqulu xanın 1787-ci ilin dekabrında Gilan üzərində nəzarəti ələ keçirməsinə şərait yaratmışdır. Qeyd olunmalıdır ki, Ağa Məhəmməd xanın güclənməsini istəməyən Rusiya da bu prosesdə dolayı yolla Murtuzaqulu xanı dəstəkləyirdi.
İbrahimxəlil xan və Molla Pənah Vaqifdən danışmağa dəyirmi.Onlar çoxdan rusların ətəyini öpmüşdü.Cəzasına da çatdı.
Bizdə deyəsən milli satqınlara kino çəkilir və abidə ucaldılır.
O dövrdə Cavad xan ruslarla kişi kimi mübarizə apardı və bu yolda qəhrəman kimi şəhid oldu.
Görün sovet dövrünün tarix kitablarında adı varmı?.Yoxdur.
Bilməmək eyib deyil.Öyrənməmək eyibdir.
Coşqun Hacıyev
TEREF

